• 21.02.2025
  • 61
2024–2025-ci tədris ili üzrə 2 nəfər HTP çərçivəsində Qazaxıstanda doktorantura səviyyəsi üzrə təhsil almaq hüququ qazanıb

“3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq, 2 nəfər Azərbaycan Respublikası vətəndaşı 2024-2025-ci tədris ili üzrə doktorantura səviyyəsində Qazaxıstanda təhsil almaq imkanı qazanıb.

Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” və “Kazakh National Pedagogical University named after Abai” ali təhsil müəssisələrində linqvistika və beynəlxalq münasibətlər üzrə təhsil almaq hüququ qazanıblar.

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 24 aprel tarixində dərc edilib.

 


 

Qalereya