Diplomların tanınması

Təhsilini başa vurmuş hər bir HTP tələbəsi Təhsildə Keyfiyyət Təminat Agentliyinə (TKTA) diplom tanınması ilə bağlı sənədlərini verməzdən öncə məzun qeydiyyatından keçməlidir. TKTA sadələşdirilmiş nostrifikasiya yanaşmasının tətbiqi məqsədilə aidiyyatı üzrə bu məsələ ilə bağlı sorğu göndərir. Bu məqsədlə hər bir HTP tələbəsi göndərilən müvafiq sorğunu cavablandırmalıdır.

 

1. Bakalavriat və magistratura diplomlarının tanınması

 

Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb və magistratura səviyyələri üzrə əldə edilmiş xarici diplomaların tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir. Bakalavriat və magistratura diplomlarının tanınması üçün tələb olunan sənədlər, müraciət qaydaları və prosedurlarla bağlı ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. 

 

2. Doktorantura diplomlarının tanınması

 

Ali təhsilin doktorantura səviyyəsi üzrə xarici ölkələrdə əldə edilmiş elmi dərəcələr haqqında sənədin tanınmasını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Doktorantura diplomlarının tanınması üçün tələb olunan sənədlər, müraciət qaydaları və prosedurlar haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.