HTP iştirakçısı tərəfindən ödənilmiş beynəxalq nəqliyyat xərclərinin geri qaytarılması üçün aşağıda qeyd olunan sənədlər Elm və Təhsil Nazirliyinə (htpinfo@edu.gov.az) elektron qaydada göndərilməlidir:
• Ərizə forması
• Bilet (e-ticket). Biletdə tarix, qiymət və ad qeyd olunmalıdır.
• Minik talonları (boarding pass)
• Pasportun əsas səhifəsi və giriş-çıxış möhürlərinin sürəti (müvafiq tarix üzrə)
Qeyd 1: Sənədləri PDF formatında (bütün sənədlərin skanı 1 PDF-də birləşdirilmiş versiyada) göndərməyiniz xahiş olunur.
Qeyd 2: Beynəlxalq nəqliyyat xərclərinin geri qaytarılması yalnız HTP çərçivəsində Çin, Rumıniya, Rusiya və Qazaxıstanda təhsil alanlara şamil olunur.