Təqaüd proqramı: Təqaüd proqramı Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiqlənmiş 13.04.2020-ci il tarixli Pekin şəhərində imzalanmış “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Saziş beş il müddətinə bağlanmışdır. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili: Tədris dili çin dilində olan ixtisaslarda təhsil almaq hüququ qazanacaq tələbələr bir və ya iki il müddətində çin dili üzrə hazırlıq kursu keçməli, ingilis dilli proqramlara müraciət edən şəxslər isə müvafiq dil sertifikatına malik olmalıdır.
Ali təhsil müəssisələri və ixtisaslar: Təhsil alınacaq ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərlə bağlı http://www.campuschina.org/ internet səhifəsindən müvafiq məlumatlar əldə edilə bilər.
Təhsil müddəti: Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-6 il, magistratura səviyyəsi üzrə 2-4 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.
Maliyyələşmə: Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Çin tərəfindən maliyyələşdirilir:
• Ali məktəbdə qeydiyyat xərci
• Təhsil haqqı
• Laboratoriya xərci
• Təcrübə (“internship”) xərci
• Tədris materialları
• Yataqxana xərci
• Aylıq yaşayış xərci
Azərbaycan tərəfindən maliyyələşdirilir:
• Beynəlxalq nəqliyyat xərci (hər tədris ili üzrə yalnız bir dəfə gediş-gəliş bileti)
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.