Macarıstan Respublikasında Təhsil HTP
Təqaüd proqramı:  Təqaüd proqramı  Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021-2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan Respublikasının vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.
Tədris dili: ingilis dili (ingilis dilli proqramlara müraciət edən şəxslər müvafiq dil sertifikatına malik olmalıdır)
Ali təhsil müəssisələri və ixtisaslar: Təhsil alınacaq ixtisasın müəyyən edilməsi məqsədilə müsabiqədə iştirak edən universitetlərlə bağlı keçiddən müvafiq məlumatlar əldə edilə bilər.
Maliyyələşmə: Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
Macarıstan tərəfindən:
- ödənişsiz təhsil;
- universitet yataqxanasında yaşayış;
- tibbi sığorta;
- aylıq təqaüd
Qeyd: Təhsil yerinə gediş-gəliş xərcləri tələbələrin özləri tərəfindən qarşılanır.
Daha ətraflı məlumatı keçid vasitəsilə əldə etmək mümkündür: https://stipendiumhungaricum.hu/ 
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.