Təqaüd proqramı: Təqaüd proqramı Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili: qazax, rus və ya ingilis dili
Maliyyələşmə:
• Təhsil haqqı;
• Tədris vəsaitləri;
• Yataqxana xərci;
• Tibbi xidmət;
• Aylıq təqaüd;
Qeyd: Qəbul edən Tərəf milli qanunvericiliyinə uyğun olaraq mübadilə iştirakçılarına təqaüd verir. Qazaxıstanın milli qanunvericiliyinə uyğun olaraq, yerli tələbələrə verilən təqaüd məbləği ilə keçiddən tanış ola bilərsiniz.
• Nəqliyyat xərci.
Azərbaycan tərəfindən maliyyələşdirilir:
• Beynəlxalq nəqliyyat xərci (hər tədris ili üzrə yalnız bir dəfə gediş-gəliş bileti)
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.