Rumıniya Respublikasında Təhsil HTP
Təqaüd proqramı: Təqaüd proqramı Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində Buxarest şəhərində imzalanmış müqaviləyə uyğun olaraq həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Tədris dili: Tədris dili rumın dilində həyata keçirilir.
Təhsil müddəti: Təhsil müddəti ixtisasdan asılı olaraq, dil hazırlığı kursu istisna olmaqla, bakalavriat səviyyəsi üzrə 4-6 il, magistratura səviyyəsi üzrə 2-4 il və doktorantura səviyyəsi üzrə 3-4 il arasında dəyişir.
Maliyyələşmə: Tələbələr üçün nəzərdə tutulmuş təqaüd aşağıdakı xərcləri əhatə edir:
• Təhsil haqqı;
• Yataqxana xərci;
• Aylıq təqaüd:
- Bakalavriat təhsil səviyyəsi üçün 65 avro;
- Magistratura təhsil səviyyəsi üçün 75 avro;
- Doktorantura təhsil səviyyəsi üçün 85 avro.
Azərbaycan  tərəfindən maliyyələşdirilir:
• Nəqliyyat xərci (Rumıniya təqaüd proqramı çərçivəsində təhsil alan Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri Azərbaycanda Respublikası Təhsil Nazirliyi tərəfindən maliyyələşdirilir). 
Təqaüd proqramı barədə daha ətraflı məlumat hər il yenilənən və əsas səhifədə dərc olunan müvafiq elan vasitəsilə əldə edilə bilər.