• 24.04.2024
  • 399
Qazaxıstanda HTP çərçivəsində növbəti tədris ilində təhsil imkanı
Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il tarixində imzalanmış müqavilə”yə əsasən həyata keçirilir.
Proqram Azərbaycan Respublikası vətəndaşlarına qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat,magistratura və doktorantura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır. Təqaüd proqramına müraciət üçün son tarix 15 may 2024-cü il nəzərdə tutulub.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.