• 12.09.2022
  • 474
HTP çərçivəsində MGIMO-da təhsil alacaq şəxslərin adları təsdiqlənib
2022-2023-cü tədris ili üzrə Rusiya Federasiyasının Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində  (MGIMO) təhsil üçün keçirilmiş müsabiqə nəticəsində 9 nəfər Azərbaycan Respublikası vətəndaşı həmin ali təhsil müəssisəsində təhsil almaq imkanı qazanıb.
Seçim turları Dövlət İmtahan Mərkəzi və MGIMO tərəfindən aparılıb. Tələbələrin 6-sı bakalavriat, 3-ü isə magistraturada iqtisadiyyat, jurnalistika, maliyyə və kredit, hüquqşünaslıq ixtisasları üzrə qəbul edilib.
Təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələrin təhsil haqqı, yataqxana xərci Rusiya tərəfindən, aylıq təqaüd və yol xərci isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə cari ilin 16 fevral 2022-ci il tarixində                                                                                                                            elan verilib.