• 16.02.2022
  • 1082
Rusiya “MGIMO” 2022-2023-cü tədris ili üçün tələbə qəbulu elan edir
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır. 
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16–24 fevral 2022-ci il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər. 
Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.