• 13.02.2026
  • 55
HTP çərçivəsində növbəti tədris ilində Rumıniyada təhsil imkanı

Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün təqaüd proqramı elan edib.

Sözügedən proqram Rumıniyanın Təhsil və Tədqiqat Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 11 oktyabr 2004-cü il tarixində imzalanmış müqavilə əsasında həyata keçirilir.

Proqram çərçivəsində hər iki ölkənin vətəndaşları tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edirlər.

Təqaüd proqramına müraciət üçün son tarix 16 mart 2026-cı il müəyyən edilib. Proqram barədə ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış olmaq mümkündür.