2026–2027-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Çin Xalq Respublikasında təhsil almaq istəyən namizədlər üçün sənəd qəbulu prosesinə start verilib. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi prinsipi əsasında qarşı tərəfin ali təhsil müəssisələrində seçdikləri ixtisas üzrə təhsil almaq imkanı təqdim edir.
Sənəd qəbulu 19 dekabr 2025-ci il saat 23:59 tarixinədək davam edəcək. Təqaüd proqramı üzrə yekun qəbul qərarlarının 2026-cı ilin iyul–avqust aylarında açıqlanması nəzərdə tutulur.
Proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilir.
HTP çərçivəsində Çində təhsil imkanları, seçim meyarları və tələb olunan sənədlərlə bağlı əlavə məlumatla elanda ətraflı tanış ola bilərsiniz.