• 19.09.2025
  • 579
2025–2026-cı tədris ili üzrə 10 nəfər HTP çərçivəsində Qazaxıstanda təhsil almaq hüququ qazanıb
3 aprel 2017-ci il tarixli Azərbaycan Respublikasının (AR) Elm və Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Sazişə dəyişikliklər edilməsi haqqında Protokol”a uyğun olaraq, 10 nəfər Azərbaycan Respublikası vətəndaşı 2025-2026-cı tədris ili üzrə bakalavriat, magistratura və doktorantura səviyyələrində Qazaxıstanda təhsil almaq imkanı qazanıb.
Seçim barədə Qazaxıstan tərəfindən verilən yekun qərar nəticəsində sözügedən tələbələr bu ölkənin nüfuzlu ali təhsil müəssisələrindən hesab edilən “Al-Farabi Kazakh National University” (6 nəfər), “L.N. Gumilyov Eurasian National University” (2 nəfər), “Astana International University” (1 nəfər) və “Academy of Physical Education and Mass Sports” (1 nəfər) ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Onlardan 2 nəfər bakalavriat, 7 nəfər magistratura, 1 nəfər doktorantura səviyyələri üzrə iqtisadiyyat və idarəetmə, humanitar və sosial, texniki və texnoloji ixtisas istiqamətləri üzrə təhsil alacaq. 
Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 18 mart tarixində dərc edilib.