Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın növbəti uğurlu nəticəsi olaraq, 2025–2026-cı tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Latviyada təhsil almaq hüququ qazanıb.Seçim nəticəsində müəyyənləşdirilən tələbələr Latviya Respublikasının “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” və digər nüfuzlu ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil alacaqlar.
Bu, Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanlarından fəal istifadə etdiyini və xaricdə uğurla təmsil olunduğunu göstərir.