Təqaüd proqramı: Təqaüd proqramı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) və Rusiya Federasiyası Xarici İşlər Nazirliyi arasında əməkdaşlığa əsasən həyata keçirilir. HTP çərçivəsində Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti Azərbaycan Respublikası vətəndaşları üçün təhsilin müxtəlif səviyyələrində müəyyən kvota üzrə təqaüd yerləri ayırır. Universitet tərəfindən verilən müvafiq elan Azərbaycan XİN vasitəsilə Dövlət İmtahan Mərkəzinə (DİM) və Azərbaycan Respublikası Təhsil Nazirliyinə ötürülür.Təqaüd proqramına dair DİM tərəfindən imtahan təşkil olunur və imtahandan müvəffəqiyyətlə keçən namizədlərin siyahısı Azərbaycan XİN-ə təqdim edilir.
Maliyyələşmə:
Rusiya tərəfindən maliyyələşdirilir:
-
təhsil haqqı
-
yataqxana xərci
Azərbaycan tərəfindən maliyyələşdirilir:
-
aylıq təqaüd
-
gediş-gəliş aviabilet
Təqaüd proqramı haqqında daha ətraflı məlumat DİM tərəfindən dərc olunan və hər yenilənən müvafiq elan vasitəsilə əldə edilə bilər.