Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2025-2026-cı tədris ili üzrə Macarıstanda bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil almaq hüququ əldə etmiş tələbələrin bir qrupunu daha yaxından tanımaq məqsədilə hazırlanmış foto-albomu diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində 2025-2026-cı tədris ilində 130 nəfər ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bütün iştirakçıları təbrik edir və gələcək təhsillərində uğurlar arzulayırıq!