• 18.06.2025
  • 155
"Hökumətlərarası Təqaüd Proqramları" tələbəsinin uğuru
"Hökumətlərarası Təqaüd Proqramları" (HTP) çərçivəsində Çin Xalq Respublikasının "Tianjin University" ali təhsil müəssisəsində bakalavriat səviyyəsində təhsil alan tələbə Eldar Rəvanov beşinci “Stories of China Retold in English” müsabiqəsinin qalibi olaraq mükafata layiq görülüb. Müsabiqədə 84 ölkədən 91 universitetdə təhsil alan 1000-ə yaxın tələbə iştirak edib. Eldar Rəvanov “Chasing the Chinese Dream, Cherishing My Youth” adlı hekayəsində Çində təhsil alması və yaşaması ilə bağlı şəxsi təcrübələrini təsvir edib. Onun səlis təqdimatı və Çin mədəniyyəti haqqında dərin düşüncələri münsiflər heyəti tərəfindən yekdilliklə bəyənilib və ona Pekində keçirilən milli finalda iştirak etmək üçün vəsiqə qazandırıb. 
Bu münasibətlə E.Rəvanovu təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.