Aprel ayının 29-u “Könüllü DOST” proqramı tərəfindən təklif olunan “Könüllü Klubları” layihəsi çərçivəsində DOST Agentliyində “Hökumətlərarası Təqaüd Proqramları (HTP)” barədə məlumatlandırma sessiyası keçirilib.
Sessiya ərzində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Xaricdə təhsil sektorunun müdiri Niftalı Qasımlı HTP-yə müraciət qaydaları, seçim meyarları və müsahibə mərhələsi haqqında iştirakçılara ətraflı məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.