Türkiyə Respublikasının Sabancı universiteti 2025-2026-cı tədris ili üçün iki istiqamət - müxtəlif ixtisas istiqamətləri üzrə magistratura və doktorantura səviyyələrində təhsil almaq istəyən tələbələr üçün təqaüd proqramı və Sabancı Universiteti Mühəndislik və Təbiət Elmləri üzrə Ali Məktəbin doktorantura səviyyəsində təhsil almaq istəyən müstəsna müvəffəqiyyət qazanmış tələbələr üçün “Seçilmiş Elm və Texnologiya Təqaüdləri” proqramını elan edir. Təqaüd proqramlarına müraciət üçün son tarix 30 may 2025-ci il nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.