• 19.03.2025
  • 484
Növbəti tədris ilində HTP çərçivəsində Latviyada təqaüdlə təhsil imkanı

Latviya Respublikası 2025-2026-cı tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə təqaüd proqramı elan edib.

Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar üçün son müraciət tarixi 1 aprel 2025-ci ildir. Namizədlərin müraciətlərinə baxıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsilin İnkişafı Agentliyi (DTİA) tərəfindən veriləcək.

Qeyd edək ki, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatlarla elan vasitəsilə tanış ola bilərsiniz.