• 12.03.2025
  • 446
Türkiyədə doktorantura təhsili üçün təqaüd imkanı
Türkiyənin "TOBB Ekonomi və Teknoloji" Universiteti (TOBB ETÜ) Azərbaycan vətəndaşları üçün kvant kompüter mühəndisliyi sahəsi üzrə 2025-2026-cı tədris ilində doktorantura üzrə təqaüd proqramına qəbul elan edir. Proqramda iştirak etmək istəyən namizədlər tələb olunan sənədləri 1 aprel 2025-ci il tarixinədək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə (htpinfo@eatda.edu.az) təqdim etməlidirlər. Təqaüd proqramı ilə bağlı əlavə məlumat üçün elan mətninə nəzər yetirə bilərsiniz.