Macarıstan Beynəlxalq Münasibətlər İnstitutu (HIIA) gənc tədqiqatçılar və yeni məzunlar üçün beynəlxalq münasibətlər sahəsi üzrə "Gələcək liderlər proqramı" çərçivəsində tədqiqat təqaüd proqramı elan edir. Təqaüd proqramı 31 mart 2025-ci ildən 30 iyun 2025-ci il tarixinədək davam edəcək.
Proqrama müraciət üçün son tarix 10 fevral 2025-ci ildir.
Təqaüd proqramı barədə ətraflı məlumatla elan mətnindən tanış olmağınız mümkündür.