"Hökumətlərarası Təqaüd Proqramları" (HTP) çərçivəsində Macarıstanın "Eötvös Loránd University" (ELTE) ali təhsil müəssisəsində magistratura səviyyəsində "Təhsil elmləri" ixtisası üzrə təhsil alan Fidan Qasımlı və Aytən Oruclu "ELTE" tərəfindən "Tələbə səfiri" seçilmişdirlər. Bu münasibətlə tələbələrimizi təbrik edir və gələcək fəaliyyətlərində uğurlar arzu edirik.