Çin Xalq Respublikası 2025-2026-cı tədris ili üçün təqaüd proqramı elan edir. Təqaüd proqramı “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
Təqaüd proqramına sənəd qəbulu 5 yanvar 2025-ci il tarixi, saat 23:59-a kimi aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2025-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.