• 05.09.2024
  • 841
2024/2025-ci tədris ilində Küveyt Universitetində 7 nəfər AR vətəndaşı təhsil alacaq
2024-2025-ci tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 nəfər Küveyt Universitetində təqaüdlə təhsil alacaq.
 
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər siyahısından seçilmiş şəxslər Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək imkanı əldə ediblər. 
 
Qeyd edək ki, təqaüdə layiq görülən tələbələrin yaşayış, təhsil və beynəlxalq nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanır.
Qalereya