Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2024-2025-ci tədris ili üzrə 8 azərbaycanlı HTP çərçivəsində Latviyada təhsil alacaqlar.
Seçim barədə Latviya Respublikası tərəfindən verilən yekun qərar nəticəsində sözügedən 8 nəfər bu ölkənin “Riga Technical University”, “University of Latvia”, “ Turība University” və digər ali təhsil müəssisələrində müxtəlif səviyyələrdə təhsil almaq hüququ qazanıb.
Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 25 ölkə üzrə Azərbaycan ilk beşlikdə yer alır. Məlumat üçün bildiririk ki, sözügedən təqaüd proqramı barədə elan cari ilin 21 fevral tarixində verilib.