"Hökumətlərarası Təqaüd Proqramları" çərçivəsində Macarıstanın "Eötvös Loránd University" ali təhsil müəssisəsindən Təhlükəsizlik elmləri (Beynəlxalq münasibətlər) ixtisası üzrə məzun olmuş Lalə Əliyeva Qarabağ Universitetinin Beynəlxalq Əməkdaşlıq və Layihələr üzrə iş şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilib. Bu münasibətlə Lalə Əliyevanı təbrik edir və yeni fəaliyyətində ona uğurlar arzu edirik.