• 05.07.2024
  • 279
“Hökumətlərarası Təqaüd Proqramları” məzununun təyinatı

"Hökumətlərarası Təqaüd Proqramları" çərçivəsində Türkiyənin "Dokuz Eylül Üniversitesi" ali təhsil müəssisəsindən hüquq ixtisası üzrə məzun olmuş Vidadi Məmmədov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra xidmətinin rəisi vəzifəsinə təyin edilib. Bu münasibətlə Vidadi Məmmədovu təbrik edir və yeni fəaliyyətində ona uğurlar arzu edirik.