Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2024-2025-ci tədris ili üzrə Macarıstanda bakalavriat səviyyəsində təhsil almaq hüququ əldə etmiş tələbələrin bir qrupunu daha yaxından tanımaq məqsədilə hazırlanmış foto-albomu diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində 2024-2025-ci tədris ilində 129 nəfər ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bütün iştirakçıları təbrik edir və gələcək təhsillərində uğurlar arzulayırıq!