• 30.05.2024
  • 608
HTP çərçivəsində Tacikistanda 2024-2025-ci tədris ili üzrə təhsil təqaüd proqramı
“Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında əməkdaşlığa dair imzalanmış protokol”a uyğun olaraq, 2024-2025-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edilir. Bakalavriat, magistratura və doktorantura pillələri üzrə elan edilən təqaüd proqramının tədris dili tacik, rus və ingilis dilidir.
Təqaüd proqramına müraciət üçün son tarix 15 iyun 2024-cü il nəzərdə tutulub.
Təqaüd proqramı barədə ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.