• 14.05.2024
  • 737
Bakıda Macarıstanda təhsil almış azərbaycanlı məzunların görüşü keçirilib.

11 may tarixində Bakıda baş tutan görüşdə Macarıstanda təhsilini tamamlayan və hazırda müxtəlif vəzifələrdə çalışan məzunlar səhər yeməyi ətrafında bir araya gəliblər. Görüşdə Macarıstanın Azərbaycandakı səfiri cənab Tamaş Torma, Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyinin nümayəndələri və məzunlar iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən cənab səfir Tamaş Torma məzunlarla görüşdən, eləcə də, “Stipendium Hungaricum” təqaüd proqramının müsbət nəticələrini görməkdən məmnunluq duyduğunu bildirib. Daha sonra ASAP (Azərbaycanlı Tələbələr və Məzunlar Platforması) və AHAU-nun (Azərbaycan-Macarıstan Məzunlar Birliyi) fəaliyyət istiqamətləri, məzun birliklərinin iş mexanizmləri, onların fəaliyyətinin daha da stimullaşdırılması istiqamətində görülən işlər və layihələr barədə nümayəndələr tərəfindən çıxışlar edilib.

Şəbəkələşmə məqsədi daşıyan tədbirdə məzunlar Macarıstanla bağlı xatirələrini bölüşüb, qazandıqları təcrübələrdən, xaricdə təhsilin hazırkı peşəkar fəaliyyətlərinə müsbət təsirindən bəhs ediblər.

 

Qalereya