• 14.05.2024
  • 536
“HTP çərçivəsində xaricdə təhsil imkanları” mövzusunda vebinar keçirilib

13 may 2024-cü il tarixində "HTP çərçivəsində xaricdə təhsil imkanları" mövzusunda Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "Facebook" səhifəsi üzərindən vebinar keçirilib. Vebinarda hazırda sənəd qəbulu açıq olan və 15 may 2024-cü il tarixinədək davam edəcək Qazaxıstan HTP 2024-2025 müraciət üçün əsas şərtlər və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən təqaüd proqramında edilmiş bəzi dəyişikliklər barədə izləyicilərə məlumat verilib. Sözügedən vebinarın sonunda vətəndaşlar tərəfindən ünvanlanan suallar cavablandırılıb. Vebinarın videosu aşağıda diqqətinizə təqdim olunur: