• 18.04.2024
  • 870
HTP çərçivəsində növbəti tədris ilində Rusiya "MGIMO"-da təhsil almaq imkanı
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2024-2025-ci tədris ili üzrə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu elan edib. Sözügedən təqaüd proqramına qəbul Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində bakalavriat səviyyəsi üzrə aparılır.
 
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 16–22 aprel 2024-cü il tarixlərində (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri info@dim.gov.az elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.
 
Keçidə daxil olaraq müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı məlumat əldə edə bilərsiniz.