• 06.04.2024
  • 646
Slovakiya Milli Təqaüd Proqramı çərçivəsində 2024-2025-ci tədris ili üzrə Slovakiya Respublikasının ali təhsil və tədqiqat müəssisələrində qısamüddətli təcrübə proqramı təşkil olunacaq

Slovakiya Respublikası 2024-2025-ci tədris ili üzrə xarici tələbələr, doktorantlar, universitet müəllimləri, tədqiqatçılar və incəsənət sahəsində fəaliyyət göstərən şəxslər üçün Slovakiya Milli Təqaüd Proqramı çərçivəsində Slovakiya Respublikasının ali təhsil və tədqiqat müəssisələrində qısamüddətli təcrübə proqramı elan edir.

Slovakiya Respublikasının Milli Təqaüd Proqramı Slovakiya Respublikasının dövlət büdcəsindən, uyğun olaraq Slovakiya Respublikasının Təhsil, Elm, Tədqiqat və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Proqrama magistratura və doktorantura tələbələri, həmçinin universitet müəllimləri, tədqiqatçılar və incəsənət fəaliyyəti ilə məşğul olan şəxslər müraciət edə bilər.

Proqrama müraciət üçün son tarix 30 aprel 2024-cü ildir. Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.