• 12.02.2024
  • 1704
Türkiyədə doktorantura səviyyəsi və tədqiqat sahəsi üzrə təhsil imkanı
Türkiyənin ali təhsil müəssisələrində 2024-2025-ci tədris ili üçün doktorantura təhsili və tədqiqat sahəsi üzrə təqaüd proqramına sənəd qəbulu başlayıb. Son müraciət tarixi 20 fevral 2024-cü il təyin edilib. Qeyd edək ki, sözügedən təqaüd proqramına müraciət edəcək namizədlər hər iki ölkənin müvafiq elektron ərizə sisteminə müraciət etməlidirlər. Azərbaycan tərəfinə müraciət üçün son tarix isə 1 mart 2024-cü il təyin edilib.
 Proqram barədə əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.