• 07.11.2023
  • 1393
Əbu Dabi Gələcək Enerji Şirkəti (Masdar) “Gələcəyin Dayanıqlılıq Liderləri 2024” adlı bir illik təlim proqramı elan edir

Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi Gələcək Enerji Şirkəti (Masdar) “Gələcəyin Dayanıqlılıq Liderləri 2024” adlı bir illik təlim proqramı elan edir. Proqramın təşkil olunmasında əsas məqsəd tələbələrin və gənc mütəxəssislərin dayanıqlı inkişaf liderləri olmaları üçün onlara bilik və təlim kursları, elmi təcrübələr təqdim etməklə həmin şəxslərin davamlılıq gündəliyinə nail olmaqda fəal rol oynamağa şərait yaratmaqdır.

Təlim proqramına müraciət etmək üçün son tarix 19 noyabr 2023-dür.

Təqaüd proqramı barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.