• 02.11.2023
  • 933
Elm və Təhsil Nazirliyinin əməkdaşları İctimai TV-də yayımlanan MAG verilişində ictimaiyyəti Hökumətlərarası Təqaüd Proqramları barədə məlumatlandırıblar

Oktyabr ayının 27-sində Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin əməkdaşları Niftalı Qasımlı və Mehriban Fətullayeva “İctimai TV” telekanalında yayımlanan MAG (Müasir Azərbaycan Gənci) verilişində çıxış edərək Hökumətlərarası Təqaüd Proqramları (HTP) barədə danışıblar. Çıxışda HTP-yə qəbul qaydaları, ərizə prosesi, müraciət edərkən diqqət yetirilməli olan məqamlar öz əksini tapıb.

Görüşdə həmçinin HTP məzunları- “Yüksəliş” müsabiqəsi qalibi Sübhan Əsgərzadə və “Macarıstan-Azərbaycan Məzunları” ictimai birliyinin sədr müavini Hikmət Həsənov da iştirak ediblər. HTP məzunları öz təcrübə və gələcək namizədlər üçün məsləhətlərini bölüşüblər.

Verilişin video yazısı təqdim olunur: