Küveyt Dövlət Universitetinin Dillər Mərkəzi tərəfindən təşkil edilən ərəb dili kursu üzrə təqaüd proqramı çərçivəsində 2022–2023-cü tədris ilində Küveytdə təhsil alan 7 azərbaycanlı tələbə təhsilini tamamlayaraq geri qayıdıb.
Sözügedən proqram iştirakçıları təhsil aldıqları müddət ərzində akademik dil bacarıqlarını təkmilləşdirməklə yanaşı, müxtəlif mövzularda məqalələr dərc etdiriblər. Tələbələr Azərbaycanın Küveytdəki səfirliyi və diasporun təşkil etdiyi tədbirlərdə həm aktiv iştirakçı olublar, həm də təşkilatçı kimi fəaliyyət göstəriblər.