• 16.08.2023
  • 408
HTP çərçivəsində Slovakiyada təhsil alacaq təqaüdçü müəyyənləşib
Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasındakı əməkdaşlığa əsasən, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Slovakiyada təhsil alacaq təqaüdçü müəyyənləşib. Belə ki, 2023–2024-cü tədris ili üzrə 1 nəfər Azərbaycan vətəndaşı sözügedən ölkədə təqaüdlü əsaslarla təhsil almaq hüququ qazanıb. Həmin şəxs “Matej Bel University”də slovak dilinə dair hazırlıq keçdikdən sonra magistratura səviyyəsində kompüter elmləri ixtisası üzrə təhsil alacaq. 
 
Qeyd edək ki, sözügedən təqaüd proqramına dair elan aprelin 28-də dərc olunub.