"Hökumətlərarası Təqaüd Proqramları" çərçivəsində 2016-2018-ci illərdə "Kaposvár University" ali təhsil müəssisəsində regional və ətraf mühit iqtisadiyyatı ixtisası üzrə magistratura səviyyəsindən, 2018-2022-ci illərdə "Hungarian University of Agriculture and Life Sciences” ali təhsil müəssisəsində İdarəetmə və təşkilat elmləri sahəsində doktorantura/PhD təhsil səviyyəsindən məzun olmuş Mehman Kərimov Azərbaycan Texnologiya Universitetinin strateji inkişaf və rəqəmsallaşma üzrə rektor müşaviri vəzifəsinə təyin edilmişdir. Yeni fəaliyyətində M.Kərimova uğurlar arzu edirik.