Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində 2023-2024-cü tədris ili üzrə Macarıstanda "Təhsil elmləri" ixtisası üzrə təhsil almaq hüququ əldə etmiş tələbələrin bir qrupunu daha yaxından tanımaq məqsədilə hazırlanmış fotoalbomu diqqətinizə çatdırırıq.
Qeyd edək ki, Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində 143 nəfər ölkənin müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Bütün iştirakçıları təbrik edir və gələcək təhsillərində uğurlar arzulayırıq!