• 11.05.2023
  • 379
Macarıstanın Dövlət Xidmətləri Universitetinin “Lüdovika alimləri qonaq mühazirəçi” proqramında iştirak imkanı

Macarıstanın Dövlət Xidmətləri Universiteti qonaq alimlərin (Visiting Scholars) universitetdəki tədris, tədqiqat və ekspert işləri ilə tanış edilməsi məqsədilə müraciətlərin qəbuluna başlayıb. Qaliblər bir həftə ərzində mühazirə oxumaq, həmçinin yerli fakültə və ya tədqiqat institutları tərəfindən təşkil ediləcək seminar və peşəkar müzakirələrdə iştirak imkanı əldə edəcəklər. 

  

Proqramın məqsədi Mərkəzi və Şərqi Avropadan olan akademik sahədə çalışan şəxsləri, tədqiqatçı və ekspertləri bir araya gətirməklə ideya mübadiləsinə şərait yaratmaqdır. 

  

Proqrama müraciət üçün son tarix 15 may 2023-cü ildir. 

  

Ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.