• 19.04.2023
  • 572
Türkiyədə təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!
Hörmətli tələbələrimiz,
 
Türkiyə Respublikasında ikinci semestrdə təhsilin distant qaydada həyata keçirilməsi ilə bağlı qəbul edilmiş qərar səbəbindən hazırda həmin ölkədə subbakalavr, bakalavr, magistratura, doktorantura və rezidentura təhsili alan AR vətəndaşları və onların birinci dərəcəli ailə üzvlərinin (ata/ana, ər/arvad, övladlar) tələbə biletini təqdim etməklə zəruri icazə olmadan 2023-cü ilin 10 may tarixinədək quru sərhədləri vasitəsilə Azərbaycan Respublikasına daxil olmalarına icazə verilmişdir. 
Nəzərə almağınızı xahiş edirik.