• 07.04.2023
  • 3954
Rusiya “MGIMO” növbəti tədris ili üzrə tələbə qəbulu elan edir
Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti (“MGIMO”) 2023-2024-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün tələbə qəbulu elan edib. Qəbul bakalavriat təhsil səviyyəsi üzrə aparılır.
 
Müsabiqədə iştirak etmək istəyən abituriyentlər 6–14 aprel 2023-cü il tarixlərində tələb olunan sənədləri info@dim.gov.az  elektron poçt ünvanına göndərərək qeydiyyatdan keçməlidirlər.
Müsabiqə mərhələsi, tələb olunan sənədlər və digər məsələlərlə bağlı ətraflı məlumatı keçiddən əldə etməyiniz mümkündür.