• 13.02.2023
  • 1390
Macarıstanda 2023-2024-cü tədris ili üçün təqaüd proqramı (FAO Scholarship)
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir. Təqaüd proqramı su təsərrüfatı mühəndisliyi və biotexnologiya ixtisasları üzrə magistr pilləsini özündə ehtiva edir. Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2023-cü il nəzərdə tutulub.
Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.