• 10.01.2023
  • 1031
Macarıstanda təhsil üçün son 5 gün
Yanvarın 15-də Macarıstan tərəfindən 2023-2024-cü tədris ili üçün elan edilən təqaüd proqramına sənəd qəbulu yekunlaşacaq. Sənəd qəbulu qeyd edilən tarixdə saat 23:59-a kimi aparılacaq. Namizədlər həmin tarixədək hər iki ölkənin elektron ərizəsini doldurub təsdiq etməlidirlər. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (TPF) yekun qərarının 2023-cü ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir.
Qeyd edək ki, təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.