• 04.01.2023
  • 484
Özbəkistanda 2023-2024-cü tədris ili üzrə təhsil imkanı
Özbəkistan Respublikasının İpək Yolu Turizm və Mədəni İrs Beynəlxalq Universiteti Şanxay Əməkdaşlıq Təşkilatına (SCO) üzv və tərəfdaş olan ölkələrdən əcnəbi vətəndaşlara sözügedən universitetdə magistratura təhsil səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı yaradır. Seçim prosesi sənədlərin qəbulu və müsahibə mərhələsindən ibarətdir.
Təqaüd proqramı və tələb olunan sənədlər barədə ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz.