• 20.12.2022
  • 1223
Macarıstan və Çin HTP-yə müraciət edən şəxslərin nəzərinə !

Bildiyiniz kimi, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Macarıstan və Çin Xalq Respublikasında təqaüdlü təhsil üçün sənəd qəbulu davam edir.

Məlumat üçün bildiririk ki, müvafiq HTP-lərə müraciət edən şəxslərin dil biliyinə dair sübutedici beynəlxalq sertifikata alternativ olaraq əvvəlki təhsil səviyyəsinin tam ingilis dilində olduğu ilə bağlı ali təhsil müəssisəsindən arayış təqdim etməsi mümkündür. Sözügedən arayışı əvvəlki təhsil səviyyəsini son 2 il ərzində tam ingilis dilində bitirən şəxslər təqdim edə bilər.

Bununla yanaşı, DİM balı yalnız bakalavriat səviyyəsində təhsil üçün müraciət edənlərdən tələb olunacaqdır. Əlavə olaraq qeyd edək ki, hazırda xarici ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil alan və təhsillərinin 50%-ni tamamlamış şəxslər də müvafiq HTP-lərə müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, ÇXR HTP üçün sənəd qəbulu cari ilin 25 dekabr tarixində, Macarıstan HTP üçün sənəd qəbulu isə 15 yanvar 2023-cü il tarixinə qədər davam edəcəkdir. Müvafiq dəyişikliklər barədə ətraflı məlumat elan mətnlərindən əldə oluna bilər.