• 19.12.2022
  • 373
“HTP çərçivəsində Çində təhsil imkanı” mövzusunda vebinar keçirilib

16 dekabr 2022-ci il tarixində "Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2023/2024-cü tədris ili üzrə Çində təhsil imkanı" mövzusunda Elm və Təhsil Nazirliyinin "Facebook" səhifəsi üzərindən vebinar keçirilib. Vebinarda Çin HTP 2023/2024 Proqramına müraciət üçün əsas şərtlər və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib. Bununla yanaşı, sözügedən təqaüd proqramına müraciət üçün edilmiş bəzi dəyişikliklər barədə izləyicilərə məlumat verilib. Sözügedən vebinarın sonunda vətəndaşlar tərəfindən ünvanlanan suallar cavablandırılıb. Vebinarın videosu aşağıda diqqətinizə təqdim olunur: