• 02.12.2022
  • 493
“HTP çərçivəsində Macarıstanda təhsil imkanı” mövzusunda vebinar keçirilib

1 dekabr 2022-ci il tarixində "Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2023/2024-cü tədris ili üzrə Macarıstanda təhsil imkanı" mövzusunda Elm və Təhsil Nazirliyinin "Facebook" səhifəsi üzərindən vebinar keçirilib. Vebinarda Macarıstan HTP 2023/2024 Proqramına müraciət üçün əsas şərtlər və tələb olunan sənədlər barədə ətraflı məlumat verilib. Sözügedən vebinarın sonunda vətəndaşlar tərəfindən ünvanlanan suallar cavablandırılıb. Vebinarın videosu aşağıda diqqətinizə təqdim olunur: